5 ildən sonra yenidən "Xəzər"də - fotolar

5 ildən sonra yenidən "Xəzər"də -  fotolar
3682 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Şəhanə Yusifova yeni serialda rol alıb.

Axşam.az-ın məlumatına görə, aktrisa “Ata ocağı” adlı ekran işində çəkilir.

Şəhanə bildirib ki, serial sentyabrdan “Xəzər” telekanalında yayımlanacaq:

“20 yaşımda, yəni 5 il əvvəl sözügedən kanalda “Aramızda qalsın” serialında çəkilmişdim. 5 ildən sonra yenidən həmin kanalda görünəcəm. Ümid edirəm ki, obrazım bəyəniləcək. İşimi çox sevirəm. Ən böyük arzum dünya kino sahəsində tanınmaqdır”.

“Ata ocağı”nda xalq artisti Həmidə Ömərova, əməkdar artist Qurban İsmayılov da rol alır.