Makedoniya və Monteneqro Prezidentlərinin , həmçinin, Latviya,  Ukrayna Albaniya, Andorra, Bosniya və Herseqovina Respublikalarının sabiq prezident və Baş nazirlərinin övladları 21-24 avqust tarixində Bakı şəhərində keçiriləcək Qlobal Gənc Liderlər Forumunda iştirak etmək üçün Bakıya gələcək.

Axşam.az “qafqazinfo”ya istinadən xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq forumda dünyanın 50-yə yaxın aparıcı gənc lider və tədqiqatçısının, bir sıra nüfuzlu proqramların təmsil olunması nəzərdə tutulur.

Foruma dünyanın nüfuzlu ali təhsil ocaqlarının nümayəndələrinin, habelə bir sıra gənc iş adamlarının da qatılması gözlənilir.

Forumda liderliyin fərdi qiymətləndirilməsi, müasir dövrün ehtiyac duyduğu liderlik formaları, qadın və kişi liderliyi arasındakı fərqlər, həmçinin, liderliyin daxili və xarici hüdudları müzakirə olunacaq, debatlar təşkil ediləcək.