"Merve ilə ayrılmaq qərarı aldıq" - Murad təsdiqlədi

"Merve ilə ayrılmaq qərarı aldıq" - Murad təsdiqlədi
5908 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Murad Dalkılıç və aktrisa Merve Boluğurun boşanma xəbəri təsdiqlənib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Murad Merve ilə yollarını ayırması haqda İnstaqram səhifəsində yazıb. O, hər kəsdən bu xəbərə hörmətlə yanaşmağı xahiş edib:

“İllərdir böyük sevgi duyduğum həyat yoldaşım Merve Boluğurla uzun zamandır ki, xilas etməyə çalışdığımız evliliyimizi kədərlənərək bitirmək qərarını verdik. Sevgi və hörmət çərçivəsində aldığımız bu qərara görə yaşadığımız bu həssas müddətdə hər kəsin buna hörmət göstərməyini xahiş edirik. Ayrılmaq səbəbi kimi göstərilən neqativ dedi-qoduların bu hadisəylə heç bir əlaqəsi yoxdur. Ayrılıq qərarımız hər münasibətdə yaşanan problemlər ailəmizə zərər verməyə başladığına görə ortaya çıxıb. Mənə yaşatdığı yüzlərlə xoşbəxt gün üçün təşəkkür edirəm”.

Qeyd edək ki, Boluğurla Dalkılıç 2015-ci ilin avqustunda ailə qurub.