Handeyə sürpriz hədiyyə - fotolar

Handeyə sürpriz hədiyyə - fotolar
6749 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktrisa Hande Erçel aktyor Tolqahan Sayışmanla “Siyah inci” adlı yeni seriala çəkilir.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, çəkilişlər üçün İzmirə gedən məşhurlar arada fotolarını İnstaqram səhifəsində paylaşırlar.

Bu gün də Hande sosial şəbəkədə ayı oyuncaqla olan fotosunu yerləşdirib və “İş yoldaşım Tarçın” qeydini yazıb.

Sürpriz hədiyyənin Erçelə fanatlarından birinin göndərdiyi bildirlir.

Qeyd edək ki, Star Tv-də yayımlanacaq ekran işində aktrisa ofisiant Hazar, Sayışman isə Kənan rolunda çəkiləcək. Rejissoru Erol Özlevi, ssenaristi Yekta Torun olan serialda Hande və Tolqahan iki aşiq rolunu canlandıracaqlar.