Tuba Büyüküstünlə sevgilisinin birlikdə ilk fotoları

Tuba Büyüküstünlə sevgilisinin birlikdə ilk fotoları
7737 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktrisa Tuba Büyüküstün sevgilisi Umut Evirgenlə Nişantaşında kafelərdən birindən çıxarkən görüntülənib.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, ilk dəfə bir neçə ay əvvəl şəkilləri çəkilən, lakin Umut Evirgenin cangüdənləri tərəfindən paparassilərin fotokameraları qırıldığından görüntüləri ələ keçməyən cütlük bu dəfə ilk dəfə bir yerdə görülüb.

Səhər yeməyi yeyən Tuba ilə sevgilisi məkandan çıxarkən jurnalistləri görüb təşvişə düşüblər. Evirgen “İndi yandıq” deyərkən, Büyüküstün arxasını paparassilərə çevirib. Cütlük daha sonra avtomobillərinə əyləşərək oradan uzaqlaşıb.

Qeyd edək ki, Tuba Büyüküstün aktyor Onur Saylakla boşandıqdan sonra Umut Evirgenlə gizli eşq yaşamağa başlamış, lakin bunu mediadan uzaq tutmağa çalışmışdı. Aktrisanın Onurla nikahından Maya və Toprak adlı əkiz qızları var.