"Uşağımı qəbul edən olsa, ərə gedərəm" - Şahin Zəkizadənin xanımı

"Uşağımı qəbul edən olsa, ərə gedərəm" - Şahin Zəkizadənin xanımı
4749 dəfə oxunub
  • A-
  • A
  • A+
"Övladımı qəbul edən biri qarşıma çıxsa evlənməyi düşünərəm".

Axşam.az xəbər verir ki, bu sözləri big.az-a açıqlamasında xərçəng xəstəliyindən dünyasını dəyişən rejissor Şahin Zəkizadənin həyat yoldaşı Səbinə Zəkizadə söyləyib.

O bildirib ki, bu haqda mərhum həyat yoldaşı ilə də bir neçə dəfə söhbətləşibmiş:
 
"Şahindən sonra ailə həyatı qurmağı fikirləşmirdim. Ancaq qismətdir, nə vaxtsa övladımı qəbul edən biri qarşıma çıxsa, evlənməyi düşünərəm. Şahin həmişə məndən soruşardı ki, nə zamansa ölsəm, yenidən ərə gedərsənmi? O çox qısqanc idi, zarafatca "Rahat öl, səndən sonra həyatımda heç kim olmayacaq" deyərdim, o isə susardı".

S.Zəkizadə maddi vəziyyəti barədə də danışıb. O bildirib ki, heç bir yerdən gəliri yoxdur: 

 "Şahindən sonra ailəmi özüm saxlayıram. Nə dost, nə də tanışdan bu barədə köməklik görmüşəm".