Tolikdən verilişinin bağlanma xəbərlərinə münasibət

Tolikdən verilişinin bağlanma xəbərlərinə münasibət
1767 dəfə oxunub
  • A-
  • A
  • A+

Prodüser Tarix Əliyevin “Lider”də yayımlanan “Bu bizik, Toliklə” proqramının bağlanması ilə bağlı xəbər yayılıb.

Axşam.az-a açıqlama verən prodüser bildirib ki, bunlar şayiədir.

Tolik verilişdə bəzi dəyişikliyin edildiyini deyib:

“Sentyabrın 19-dan proqramın yayımına başlayırıq. Verilişim həftədə iki dəfə - çərşənbə axşamı və cümə axşamı canlı yayımlanacaq. Proqramın vaxtını da dəyişdik. Günorta saat 13:30-dan 15:00-a kimi efirdə olacağıq. Yenə də qonaqlar dəvət edib, müzakirələr aparacğıq”.