"Nar bağı" filmi "Oskar"a təqdim olundu

"Nar bağı" filmi "Oskar"a təqdim olundu
1007 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının nəzdində fəaliyyət göstərən xarici filmlərin Amerika Kino Akademiyasının Oskar Mükafatına təqdim etmək üçün Azərbaycan üzrə Komissiyanın növbəti iclası keçirilib.

İttifaqın mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, iclasda bir sıra məsələlər müzakirə olunmaqla yanaşı, Komissiyanın qərarı ilə kinorejissor İlqar Nəcəfin “Nar bağı” filmi Amerika Kino Akademiyasının Oskar Mükafatına “Xarici dildə ən yaxşı film” nominasiyasına təqdim edilib.