"Sosial şəbəkədəki qadınlara paxıllıq edirəm" - 31 yaşlı model

"Sosial şəbəkədəki qadınlara paxıllıq edirəm" -  31 yaşlı model
4415 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünyaca məşhur model Kriss Teyqen qatıldığı tədbirlərdən birində media nümayəndələrinin suallarını cavablandırıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 31 yaşlı model İnstaqramda başqa qadınların bədən quruluşlarına baxanda dəfələrlə paxıllıq edib, ağladığını söyləyib:

"Hərdən qəribə hislər keçirirəm: hərdən başqalarının bədən quruluşuna heyranlıqla baxıram. Hərdən də öz görünüşümün hər zaman belə qalmasını istəyirəm. Bir neçə dəfə həyat yoldaşım Conla söhbətləşəndə ağıamışam. Ona "Heç vaxt yaxşı bədənim olmayacaq" deyib, şikayətlənirdim. Hər kəsin gözəl ombası, hamar bədəni var idi, məndən başqa. Sonra hər şey dəyişdi".
 
Teyqen daha sonra jurnalistlərlə "Başqalarının fotoşoplu ombasına baxanda özümü ideal görürəm" deyərək, zarafatlaşıb.

Qeyd edək ki, Teyqen bir dəfə açıqlamasında "Bədənimdə tək təbii yer yanaqlarımdır" demişdi.