Azərbaycanda keçmiş telekanal rəhbərinin oğlu çayda batıb.
Axşam.az-ın APA-ya istinadən məlumatına görə, hadisə bu gün Balakən rayonu ərazisində, Katex çayında baş verib.
Zaqatala rayon sakini, 1991-ci il təvəllüdlü Ədilxan Nəzirxan oğlu Nuruyev çayda çimərkən boğulub. Hazırda onun axtarışları davam etdirilir.
Qeyd edək ki, dünyasını dəyişən Ə. Nuruyev fəaliyyəti dayandırılmış “Aygün” televiziyasının rəhbəri Nəzirxan Nuruyevin oğludur.