Üzümün saymaqla bitməyən faydaları

Üzümün saymaqla bitməyən faydaları
2527 dəfə oxunub
  • A-
  • A
  • A+

Mövsümün ən çox rast gəlinən meyvələrindən biri də üzümdür. Tərkibində çox şəkər olan bu meyvə təkcə dadı ilə yox, faydası ilə də sevilir.

Axşam.az xarici KİV-ə istinadən üzümün orqanizmə faydalarını təqdim edir:

Tərkibi A, B1, B2, C vitamini, kalium, maqneziumla zəngindir. Gündə ən az bir salxım üzüm yemək immunitet sistemini qüvvətləndirir.

Böyrək və qaraciyərin funksiyasını artırır, qaraciyər xəstəlikləri və qansızlığın müalicəsi üçün əla vasitədir. Qanın təmizlənməsinə, bədəndə yağların əriməsinə köməkçi olur. Bədəndə yığılan zərərli maddələrin çölə atılmasını təmin edir.

Qanı duruldur, ürək-damar sisteminin nizamlı işinə köməklik edir. Hətta üzüm bədəni xərçəng xəstəliyinə qarşı qoruyur. 

Bədəni viruslarla mübarizədə gücləndirir. Qabıq və çəyirdəkləri mədəyə zərər vermədən həzmi sürətləndirir, bağırsaq sisteminin işini nizamlayır.

Üzüm həm də beynin enerji qaynağıdır.

Dərinin təzə və təmiz bir görünüş almasını təmin edir, allergiya və kirəcləşmələrdə iltihab meydana gəlməsinə mane olur.

Üzümün qurudulmuş forması olan kişmiş ağciyər xəstəliyinə, əsəb pozğunluğuna, unutqanlığa, qansızlığa, qaraciyər zəifliyinə, səs batıqlığına yaxşı təsir edir.

Üzüm yarpağının suyu dizenteriyaya və göz soyuqdəyməsinə qarşı şəfalıdır.

Bu meyvə həm də öskürəyi kəsir, bəlğəmi aradan qaldırır, ağız içi yaralarını yaxşılaşdırır.