Həm avtomobilini yuduzdur, həm də hədiyyə qazan - Bakıda

Həm avtomobilini yuduzdur, həm də hədiyyə qazan -  Bakıda
3278 dəfə oxunub
  • A-
  • A
  • A+

"3 Box” avtoyuma məntəqəsi təmirdən sonra yenidən sürücülərin ixtiyarına verilib.

Keçmiş “Sovetski” ərazisində yeni yolların çəkilməsi ilə əlaqədar maşınyuma məntəqəsinin fəaliyyəti bir müddətlik dayandırılmışdı. Yenidən qurulan məkan genişliyi və müasir standartlara cavab verməsi ilə seçilir.

Məkanın işçi kollektivi müştərilərin razı qalması üçün yüksək səviyyəli xidmət təklif edir.

Bura gələn müştərilər tək görülən işdən yox, qiymətlərdən də razı qalacaqlar. Belə ki, maşınlarınızı yuduzduran zaman sizə xüsusi hədiyyəli xidmətlər də təklif olunacaq. Məsələn, avtomobillərin alt hissəsi yuyulduqda, təkərlərin “şpor” olunması hədiyyə edilir.

CİP markalı maşınlar 10, sedanlar isə 6 manata yuyulur. Motorlar xüsusi dərmanlarla təmizlənir.

Burada kimyəvi təmizləmə də var. Qiymətlər 100 manatdan 150 manata kimidir.

Məntəqədə eyni zamanda xalçaların yuyulması da mümkündür. Xalçaların yuyulması ən son yenilikləri özündə cəmləşdirən makinalar və illərin təcrübəsinə dayanan peşəkar ustalar tərəfindən həyata keçirilir. Xalçanın 1 kvadratmetri 2 manata yuyulur.

Rəhbərlik bildirir ki, avtomobili yuyan şəxslərin onu idarə etməsinə icazə verilmir. Maşını yalnız nəzarətçilər sürə bilər.

Ödənişləri nəğd və ya aylıq köçürmə yolu ilə edə bilərsiniz. Avtomobilyuma məntəqəsi 24 saat müştərilərin ixtiyarındadır.

Ünvan: N.Nərimanov pr. 185 (Köhnə “Sovetski” küçəsi)

Tel.: (070) 623 23 37
         
        (055) 623 23 37

Menecer: Zaur Əliyev