Müğənni-bəstəkar Emin Ağalarov Rusiyanın "Ok magazine" dərgisinə müsahibə verib.

Axşam.az-ın məlumatına görə, Emin əkizləri Əli və Mikayılla birlikdə fotokamera qarşısına da keçib.
 
Müsahibəni ixtisarla təqdim edirik:

- Deyəsən, siz çox sakit, əsəblərini cilovlamağı bacaran insansınız...

- Yaradıcılıq düşüncələrimə və davranışlarıma sərbəstlik verir. Amma çox səbirsiz biriyəm.



- Axı sizin haqqınızda heç vaxt "Lazur sahilində sürətlə maşın sürdü" kimi xəbərlər oxumamışam...

- Çalışıram, bu cür mövzular xəbərlərdə yer almasın. Özümü bacardığım qədər səbirli göstərməyə çalışrıam. Anam hər zaman deyir: "Anayla dalaşmaq və əsəbi olmaq sənə yaraşmır". Bunlardan xilas olmağı bacarmıram. İnsanlar məni əsəbiləşdirir. Qarşımdakı insan mənim kimi düşünməlidir. Onda bizimki alınacaq.

- İnsanın özü kimi düşünən birini tapması mümkündür?

- Mənim köməkçikm- 2001-ci ildən birlikdə çalışırıq. 16 illik işbirliyi bir-birimizi sözlər olmadan belə başa düşməyə imkan verir. O, hər bir sual qarşısında mənim hansı cavabı və qərarı verəcəyimi bilir. Ətrafımda bu cür insanlar nə qədər çox olarsa, o qədər çox iş görər, planlar reallaşdıra bilərəm.  



- Nəyi hələ də etməyə vaxtınız çatmayıb?

- Çox şey etmək mümkündür. Yüz dəfə filmə çəkilmək olar, amma burada heç bir uğur qazanmaya bilərsən. Min mahnı oxuyarsan, amma biri belə kiməsə lazım olmaz. Əsas nə etdiyin yox, nədə uğurlu olmağındır. Məsələn, hər bir müğənni "Krokus"da konsert verə bilər. Amma biletləri sata bilərmi? Əsas odur ki, konsertdə insanlar səninlə birlikdə zövq alırlar.

- Menecerinizlə söhbət zamanı sizin "Jara" festivalından fotonuzu dərginin üz qabığına yerləşdirmək istədiyimizi dedik. Dedi ki, bu, sizin xoşunuza gəlməyəcək. Nədir bəyənmədiyiniz? İctimai insansınız, amma iş otağınızda belə fotonuz yoxdur...

- Festivalda başqa müğənnilər, mənim dostlarım oldu. Mənim fotomun dərgidə olması yaxşı alınmırdı. Elə çıxır ki, bunu satın almışam, planlaşdırmışam, özüm istəmişəm. Ciddi olmurdu.  

- Ən pisi odur ki, insanın heç bir istedadı yoxdur, özünü zorla satır...

- Mənim haqda da bu cür demək olar.

- Niyə?

- Əgər mən Araz Ağalarovun oğlu, necə yazırlar "Krokus" imperiyasının varisi olmasaydım, musiqi sahəsində də boş bir yerdə olardım.

- Yanlış düşüncədir...

- Mən də belə fikirləşmirəm... Düşünürəm ki, varis olmasaydım musiqi sahəsində daha böyük yollar qət edərdim. Musiqiyə ayırmaq üçün vaxtım olardı. İki il bir dənə də mahnı yazmadım. Sement, qum, kafel haqda düşünürəm, sonra oturub mahnı yazmağa güc qalmır. 



- İvanka Tramp atasının onu necə tərbiyə etməsindən danışıb. Deyirdi ki, atası ona adi ailələrdə valideynlərin uşağına verdiyi qədər xərclik verirmiş. Siz öz övladlarınıza nələr edirsiniz?

- Niyə varlı ailələr övladlarına çox cibxərcliyi vermir? Çünki onlar övladlarını zəhmətə öyrəşməyə hazırlayırlar. Valideynlərimə təşəkkür edirəm ki, onların sayəsində məndə bu istək yaranıb. Əgər məni də elə böyütməsəydilər, indi biznesim olmazdı. Övladlarım gözəl şəraitdə yaşayırlar: hər iki tərəfdən onların məşhur babaları və nənələri var. Hər kəs də onları sevir. İndi 8 yaşları var. Bir neçə ildən sonra mən də onlara atamın mənə öyrətdiyini öyrədəcəm. Onları ofisimə gətirir, işimi bitirənə kimi burada divanda oturmalarını məcbur edirəm. Ya da tikintiyə aparıram. Düşünürəm ki, bununla onlar çalışmağın vacibliyini dərk edirlər. Həyatımın ən riskli və etməyə məcbur olduğum işi övladlarımı tərbiyə etməkdir. Övladlarım evdə olanda hər zaman yanımdadırlar. Onların səs salması, səhər məndən tez oyanıb yatağımda tullanmaları xoşbəxtlikdir.
 
- Riski sevən birisiniz?

- Çox... "Jara" festivalı da risk idi.

- "İspaniya. Leto" klipində sevgiliniz Alyona çəkilib... Tənqidçiniz kimdir?

- Əvvəl mahnılarımı ona dinlətdirirdim. Hər zaman tənqid edir, buna görə ona minnətdaram. Ətrafında sənə həqiqətləri deyən insanların olmasına dəyər verirəm.