Yeltsinə aid olan limuzin satılır - 19 milyondan baha

Yeltsinə aid olan limuzin satılır -  19 milyondan baha
1935 dəfə oxunub
  • A-
  • A
  • A+
Sosial şəbəkədə yerləşdirilən 1994-cü ilə aid olan avtomobil müzakirələrə səbəb olub.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, maşının sahibi onda bir vaxtlar Rusiyanın birinci prezidenti Boris Yeltsinin gəzdiyini yazıb. O bildirib ki, minik vasitəsi yaxşı vəziyyətdədir və təmirə ehtiyacı yoxdur.

Arendaya verilən "Mercedes-Benz S-Class" limuzini Kremlin qarajında saxlanılıb. Sahibi bu maşını 19 milyon 790 min rubla (təxminən 540 min manat) satmaq niyyətindədir.

"Bu maşın Yeltsinin vaxtında Kreml Sarayının qarajında saxlanılıb. Bu avtomobildə o rəsmi və qeyri-rəsmi səfərlərə gedib. Kolleksiya üçün nadir eksponatdır" deyə, elanda yazılıb.