Hakerlər Azərin İnstaqram profilinə hücum etdilər

Hakerlər Azərin İnstaqram profilinə hücum etdilər
2356 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı Azər Zahidin İnstaqram səhifəsi hakerlər tərəfindən oğurlanıb.

Axşam.az-ın məlumatına görə, bu haqda prodüser Təranə Səmədova xəbər yayıb. O bildirib ki, səhifəni oğurlayan türkiyəli hakkerdir.

Haker hətta Azərin profilindən Təranəyə də mesaj yazıb. Aparıcının İnstaqramda 74 mindən çox izləyicisi var.

Qeyd edək ki, bundan əvəvl aparıcı Afaq Gəncəlinin də səhifəsini oğurlamışdılar. Hazırda Afaqın 500 mindən çox izləyicisi olan səhifəsinin adı dəyişdirilib və fotolar silinib.