Müğənni "Faytonçu” Nazim Pişyari unikal.org-a ölüm xəbəri haqda danışıb.

Axşam.az ifaçının həmin müsahibəsini təqdim edir:

-Nazim müəllim, ölüm xəbəriniz yayıldı. Bu, "xəbər"sizə necə təsir etdi?

- Təbii ki, bu, mənə çox pis təsir etdi. Jurnalistlər bunu gərək mənimlə və ya ailəmlə dəqiqləşdirib yazardılar. Reytinq xatirinə belə məlumatları saytlarda dərc edirlər. Təəssüf ki, bəziləri ağıllarına gələni yazırlar.

-Hazırda özünüzü necə hiss edirsiz?

-Yaxşıyam. Səhhətim irəliyə doğru gedir.

-Müalicənizi davam etdirirsiz?

-Artıq müəlicəm bitib. Bakıda qalacam. Reabilitasiya dövrünü keçirəm. Özümü normal hiss edirəm. Artıq müayinə və müalicə dövrü geridə qaldı.

-Bəs səhnəyə nə vaxtdan qayıdacaqsınız?

-İnşallah sentyabr ayından səhnəyə qayıdacam. Yeni musiqilərim var. Onlarla dinləyicilərimi feyziyab edəcəm. Mənim ölümümə görə ağlayan insanlara və xoş söz deyənlərə minnətdarlığımı bildirirəm. Mən bircə onu deyə bilərəm ki, məni izləyən mənə pərəstiş edən insanların hər birinin qarşısında baş əyirəm. Hamısına sonsuz minnətdarlığımı, təşəkkürümü bildirirəm. Onları təlaş içində yaşatdığına görə o jurnalistlərin əvəzindən üzr istəyirəm.

-Nazim müəllim, bu xəbərlərə görə jurnalistləri qınayırsız. Amma mən bir jurnalist olaraq bu xəbəri yayan Vüqar Muradovu qınayardım.

-O kimdi? Mən onu tanımıram. Müğəni Vüqar. (Fikirləşir) Yeni Ulduz Vüqar? Onun nömrəsin tapıb ondan soruşacam. Vallah, siz dediz, mən indi bildim. Onunla əlaqə saxlayacam. Görüm, xeyr ola bu adam belə informasiya yayıb.

-Demişdiz sizi bu hala Azərbaycanlı həkimlər salıb. Sirr deyilsə, əməliyyat olduğunuz xəstəxana və sizi əməliyyat edən həkimin adını açıqlayardız...

-Mən, Azərbaycandakı həkimlərdən imtina etmişəm. Məni bu hala ElMed klinikasında saldılar. Xüsusən orada məni əməliyyat edən Elman Əzimov adlı həkim məni bu hala saldı. O, məni əməliyyat elədi və əməliyyat uğursuz alındı. Əməliyyat fəsadlar verdi. Ona görə mən məcbur qalıb şəfamı digər ölkələrdə tapmalı oldum.

-Klinika və həkimdən şikayət etdinizmi?

-Səhhətimin tam düzəlməsini gözləyirəm. Tam sağalıb və bundan sonara onunla mübarizəmi aparacam. Bütün instansiyalara və xüsusən məhkəməyə də müraciət edəcəm. Həbs olunana kimi onunla mübarizəmi davam etdirəcəm. Əməliyyatda həkim səhvi məni bu günə saldı. Bunu İsraildə də, Türkiyədə də təsdiq etdilər.

-Bəs, bizim həkimlər nə dedi?

-Onlar da eyni sözü dedilər. Sonda məlum oldu ki, mənim müalicə və müayinəm üçün əlac ancaq Türkiyədir. Qardaş ölkədə məni ayağa qaldırdılar. Mən ondan sonra Türkiyəyə getdim.

-Müalicə xərciniz çox çıxdı?

-Bəli. 100 mindən çox….

-Hazırda maddi durumunuz necədir? Köməklik olunurmu? -Normaldı. Salamatçılıqdı, bu günümüzə də şükür.

-Bəs, müğənnilər necə sizi axtarırmı?

-Mən bütün müğənnilərimizə minnətdaram. Demək olar ki, hamı zəng vurur. Çox sənətkarlar, müğənnilərimiz məni axtarır. Flora Kərimova, Faiq Sücəddinov, Rəfail Dadaşov, İzzət Bağırov, Elnur Məmmədov, Lalə Məmmədova İlqar Muradov, Ədalət Şükürov, Rəşad İlyasov, Elariz Məmmədoğlu, Nüşabə Ələsgərli və digərləri. Ola bilər ki, kimsə yadımdan çıxsın. Onlardan da üzr istəyirəm. Onların hər biri mənə dəstək oldular. Maddi durumumla maraqlandılar. Köməkliklərini təklif etdilər. Hamısına təşəkkür edirəm.