Keçmiş sevgilisi ilə barışan Cem Yılmaz: "Xoşbəxtəm"

Keçmiş sevgilisi ilə barışan Cem Yılmaz:  "Xoşbəxtəm"
3563 dəfə oxunub
  • A-
  • A
  • A+

Keçmiş sevgilisi Özge Sabuncu ilə yenidən eşq yaşadığı deyilən aktyor Cem Yılmaz kameralara tuş gəlib.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə,ilk olaraq həmkarı Tuba Ünsal və Özge ilə idman zalına gedən yumor ustası 24 saat orada qaldıqdan sonra Etilerdə bir restorana üz tutub.

"Çox yaxşıyam və xoşbəxtəm" deyən C.Yılmaz restorandan çıxarkən jurnalistlərlə zarafatlaşıb. Xanımlarla birgə evinə gedən komediyaçının Özge ilə yenidən birllikdə olduğu bir daha təsdiqini tapıb.