Evli ola-ola yenidən toy elədilər

Evli ola-ola yenidən toy elədilər
3285 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyədə 15 illik evli olan cütlük maraqlı addım atıb.

Axşam.az-ın “Haberler.com”a istinadən məlumatına görə, 3 uşaq atası olan Muhammet Karaca həyat yoldaşına 15 illik yubiley münasibəti ilə mərasim təşkil edib.

Yaxın qohum və dostlarının da iştirakı ilə təşkil olunmuş məclisdə Muhammet bəy kostyumu, xanımı Leyla Karaca isə gəlinlik geyinib.

Restoranlardan birinində baş tutan qonaqlığa cütlük ilk toylarındakı rəqsi ilə daxil olub.
Muhammed və Leylanın 3 övladı da onları həmin gün tək buraxmayıb.