Mark Zukerberq "dekret"ə çıxır

Mark Zukerberq "dekret"ə çıxır
2306 dəfə oxunub
  • A-
  • A
  • A+

"Facebook" sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq atalıq məzuniyyətinə çıxır.
 
Axşam.az-ın xarici KİV-ə istinadən xəbər verir ki, Mark bu barədə öz səhifəsində yazıb. O bildirib ki, ikinci qızı dünyaya gəldikdən sonra iki ay atalıq məzuniyyətinə çıxmaq barədə qərar qəbul edib.
 
"Facebook" yaradıcısının sözlərinə görə, valideynlərin uşaqlarla daha çox vaxt keçirməsi lazımdır.
 
Qeyd edək ki, "Facebook"un təsisçisi ilə həyat yoldaşı Pristsilla Xan Harvard Universitetində oxuyan zaman tanış olublar. Onlar 10 il görüşdükdən sonra, 2012-ci ildə evləniblər. 2015-ci ilin dekabrda cütlüyün ilk övladı dünyaya gəlib. Onlar qızlarına Maksima adı veriblər.