Müğənni Aleyna Tilki aranjimançı və dicey Emrah Karadumanla Çeşmədə yaxtada görüntülənib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 17 yaşlı ifaçı ilə aranjimançı arasında səmimi münasibət gözdən qaçmayıb.
İkilinin sevgili olduğu deyilsə də, lakin Aleyna yayılmış fotolarla bağlı açıqlama verib.
O, hər şeyin səhv başa düşüldüyünü bldirib:
“Bəli, Emrahla aram çox yaxşıdır. Bir-birimizi yaxşı başa düşürük. Bir kişi və bir qadın yan-yana olanda həmişə onları bir-birinə yaraşdırırlar. Amma sevgili deyilik. Aramızdakı bağlılıqdır”.