"Komediya kralı" dünyasını dəyişdi

"Komediya kralı" dünyasını dəyişdi
827 dəfə oxunub
  • A-
  • A
  • A+
Amerikanın tanınmış komediya aktyoru Cerri Luis dünyasını dəyişib.
 
Axşam.az-ın xarici mediaya istinadən məlumatına görə, 91 yaşlı aktyor Las-Veqasdakı evində həyatını itirib.

Qeyd edək ki, Cerri Luis aktyorluqla yanaşı, prodüser və ssenarist kimi də fəaliyyət göstərib. 1960-cı illərdə “The Bellyboy”, “Cinderfella”, “The nutty professor” kimi filmlərlə böyük şöhrət qazanaraq Hollivudun ən çox qazanan aktyorları sırasına daxil olub. “Komediyanın kralı” adlandırılan Luis 1995-ci ildə karyerasına son qoysa da, 2013-cü ildə Kann Film Festivalında göstərilən “Max Rose” filmi ilə kino aləminə dönmüşdü.