Hollivud ulduzlarını qaçqınlara bənzətdilər - fotolar

Hollivud ulduzlarını qaçqınlara bənzətdilər - fotolar
1385 dəfə oxunub
  • A-
  • A
  • A+
68 yaşlı Hollivud ulduzu Semyuel L.Ceksonla 58 yaşlı basketbolçu Mecik Consonu İtaliyada tanımayıblar.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, mağazalardan birini gəzən tanınmışlar daha sonra dincəlmək üçün küçədəki skamyaya əyləşiblər. Əvvəlcə onları tanımadan hansısa məşhura bənzədən insanlar şəkil çəkdirməyə başlayıb. Lakin İtaliyanın məşhur modeli Nina Moriç öz Facebook səhifəsində Semyuellə Mecikini fotosunu paylaşaraq onları ərəb ölkələrindən gəlmiş qaçqınlara bənzədib:

“Marmi və Marittima kimi kurortlarda bizim 35 avromuzla gecələyən qaçqınları görəndə bir şey deyə bilirsən: Bu qədəri də ağ oldu!”.
 
Ninonun bu statusundan sonra dostluğundakı şəxslər də ona dəstək olaraq İtaliya hökumətini qaçqınlara bu cür şərait yaratmaqda günahlandırıblar. Lakin fotoları görən radio aparıcılarındna biri öz səhifəsində Moriçi gülüş hədəfi edərək, onların Hollivudun ulduzları olduqlarını yazıb. Nino aparıcının bu atmacasına rəğmən, günahını boynuna almaq istəməyib.