Acun məşhur meksikalı həmkarı ilə işbirliyinə başladı - fotolar

Acun məşhur meksikalı həmkarı ilə işbirliyinə başladı - fotolar
2105 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı-prodüser Acun İlıcalı meksikalı həmkarı Rikardo Salinası Türkiyəyə dəvət edib.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, aparıcı sünya şöhrətli Rikardonu Çeşmədə qarşılayaraq, onu sürət qayığı ilə restorana aparıb. Acunun onunla bütün dünyaya səs salacaq yeni layihə üzərində işlədiyi deyilir. Layihə Meksikada gerçəkləşdiriləcək. Salinası qarşılayanlar arasında Acunun evlənməyə hazırlaşdığı Şeyma Subaşı da olub.

Qeyd edək ki, Meksikanın ən zəngin iş adamlarından olan Rikardo eyni zamanda ölkəsində bir neçə televiziya kanalına sahibdir.