Maestro Niyazinin xatirəsi anılıb

Maestro Niyazinin xatirəsi anılıb
678 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti, dövlət mükafatları və C.Nehru beynəlxalq mükafatı laureatı maestro Niyazinin 105 illiyi münasibətilə görkəmli sənətkarın adını daşıyan mənzil- muzeydə tədbir keçirilib.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, əvvəlcə Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin və Niyazinin mənzil-muzeyinin kollektivi Fəxri xiyabanda maestronun məzarını ziyarət edib.

Muzeydə təşkil edilən tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova Niyazinin Azərbaycan musiqi tarixindəki rolundan bəhs edərək, onun orijinal musiqi mədəniyyəti və fitri istedadının mükəmməlliyindən söz açıb.

Diqqətə çatdırılıb ki, böyük ifaçılıq məktəbinin yetişməsində və simfonizmin təşəkkülü və inkişafında sənətkarın gərgin əməyi olub. Milli ifaçılıq sənətinin intibahında və milli musiqinin təbliğində də maestronun xidmətləri böyükdür. Sənətkarın Azərbaycan bəstəkarlarının əsərlərinin dünyada təbliği baxımından gördüyü işləri qeyd edən natiq vurğulayıb ki, o, həm də Qərb və rus bəstəkarlarının əsərlərinə eyni dərəcədə peşəkarlıqla dirijorluq edib.

Sonra muzeydə “Açıq qapı günü” təşkil edilib. “Açıq qapı” günü çərçivəsində qonaqlara maestro haqqında sənədli filmlər, onun konsertlərindən, “Rast” muğam-baleti və “Çitra” baletindən videogörüntülər təqdim edilib.