"Anne"nin Mələyi reytinqli serialda çəkiləcək

"Anne"nin Mələyi reytinqli serialda çəkiləcək
6397 dəfə oxunub
  • A-
  • A
  • A+
“Star” TV-də yayımlanan”Anne” serialı ilə milyonların sevimlisinə çevrilmiş Mələk rolunun ifaçısı Beren Gökyıldız yeni serialla ekranlarda olacaq.
 
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, balaca ulduz yeni mövsümdə “Eşkıya dünyaya hükümdar olmaz” serialında çəkiləcək. 8 yaşlı beren bundan sonra ATV-də tamaşaçıların görüşünə gələcək.

Qeyd edək ki, “Eşkıya dünyaya hükümdür olmaz” serialının qəhrəmanları Oktay Kaynarca və Deniz Çakırdır.