Azərbaycanlı gənclər kinosevərlər üçün sosial şəbəkə yaratdılar

Azərbaycanlı gənclər kinosevərlər üçün sosial şəbəkə yaratdılar
1047 dəfə oxunub
  • A-
  • A
  • A+

Üç azərbaycanlı gənc - Rasim Əliyev, Teymur Bağırlı və Tural Qurbanov kinosevərlər üçün sosial şəbəkə yaradıblar.

Axşam.az-ın məlumatına görə, “Raters” adlı sosial şəbəkə avqust ayının 17-də “İOS” platformasında designnominees.com tərəfindən günün “app”ı seçilib.

“Raters” - inandığınız insanların rəylərinə istinad edərək maraqlı kinoları tapmaq üçün sadə və əyləncəli yoldur. Kinoları siyahınızda yadda saxlaya, xoşunuza gələnləri dostlarınızla bölüşə və digərlərinin hansı kinoya baxdıqlarını öyrənə bilərsiniz.

Qeyd olunan linkdən daha ətraflı məlumat əldə edə bilərsiniz:

http://ratersapp.com/