Qızından Aybəniz Haşımovaya ad günü sürprizi - video

Qızından Aybəniz Haşımovaya ad günü sürprizi -  video
4834 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün əməkdar artist Aybəniz Haşımovanın ad günüdür.

Axşam.az-ın məlumatına görə, müğənni 49 yaşını qeyd edir. Qızı Aynişan Quliyeva A.Haşımovaya sürpriz edib.

O, anası üçün tort alaraq, gecə onu təbrik edib və həmin an lentə aldığı görüntüləri sosial şəbəkə ünvanında paylaşaraq bunları yazıb:

“Bu gün anamın dünyaya gəldiyi gündür. Sevgim o qədər böyükdür ki, heç bir sözlə ifadə edə bilmirəm. Sevimli anam. Səni sevirəm. Həmişə yanımda ol, hər anımda əlimdən tut”.

A.Haşımova daha sonra tələbələrinin ona sürpriz etdiyini bildirib.