Azərbaycan filmləri beynəlxalq festivalda

Azərbaycan filmləri beynəlxalq festivalda
383 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycan filmləri Koreya Respublikasında təşkil edilən beynəlxalq film festivalında nümayiş olunur.

Axşam.az "Azərtac"a istinadən xəbər verir ki, avqustun 31-dək davam edəcək festival müxtəliflik və multikultural dəyərlərin təbliğinə həsr olunub.
 
Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin dəstəyi ilə festivala təqdim olunan “Buta” və “Girov” filmləri Seul Tarix Muzeyində nümayiş olunur.