Fatma Girik 3 mərtəbəli evinin qapılarını açdı - fotolar

Fatma Girik 3 mərtəbəli evinin qapılarını açdı - fotolar
5698 dəfə oxunub
  • A-
  • A
  • A+
“Yeşilçam” ulduzu Fatma Girik Bodrumdakı 3 mərtəbəli evinin qapılarını maqazin dərgilərindən birinə açıb.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa dəniz mənzərəsi olan evində 94 yaşlı anası və itləri ilə yaşayır. O, evini adətən muzeyə çevirib. Fatma villasını vətəndaş nikahında yaşadığı mərhum rejissor əri Memduh Ün və gülüş ustası Kamal Sunalla birlikdə bəyənib aldıqlarını deyib:
 
“600 kvadrat metr sahəsi var. Evdə geyindiyim şortikimlə alış-verişə, gəzintiyə gedə bilirəm. Bura çox öyrəşmişəm. Qapımı döyən olanda “Kimdir?” deyə soruşmuram, çünki heç kimdən qorxmuram. Bu evi 20 il əvvəl memduh və Kamalla görüb bəyənmişdim. Çox köhnə bir bina idi. Bu hala özüm gətirmişəm. Evimin bütün otaqlarına 60 il boyunca yığıdığm mükafatlarımı, şəkillərimi, film afişalarımı, kitablarımı və şəxsi əşyalarımı yerləşdirmişəm. Elə bil, muzeydir”.