"O səs Türkiyə"nin rəqibi reytinq qurbanı oldu

"O səs Türkiyə"nin rəqibi reytinq qurbanı oldu
1632 dəfə oxunub
  • A-
  • A
  • A+
“O səs Türkiyə”yə rəqib kimi göstərilən TRT ekranlarında yayımlanan “Sıra sende Türkiye” yarışması reytinq qurbanı olub.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, Mustafa Keser, Metin Şentürk və İşın Karacanın münsif kürsüsündə əyləşdiyi proqram gözlənilən reytinqi toplaya bilməyib.
 
“Sıra sende Türkiye”nin TV8-də yayımalanan “O səs Türkiyə” ilə rəqabətə başlayacağı iddia edilirdi. Lakin 200 min lirə (təxminən 100 min lirə) pul mükafatı olan yarışma maraqla qarşılanmayıb.