"Anasız keçən 12 ilim..." - Vüqar

"Anasız keçən 12 ilim..." -  Vüqar
4986 dəfə oxunub
  • A-
  • A
  • A+

“Anasız keçən 12 il... 12 il bundan öncə həyatımın ən pis xəbərini aldım, mənə anam ölüb dedilər”.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Vüqar Muradov sosial şəbəkə hesabında yazıb.

Sənətçi anasının ölüm ildönümü olduğunu bildirərək, təəssüratlarını bölüşüb:

“Bakıdan Qaxa getdiyim 4 saatlıq yol həyatımdan 40 ilimi çaldı. İnsanın anasını səssiz, artıq heç bir zaman sənə baxmayacağını, sənə “balam, oğlum, evim-eşiyim, son beşiyim” deyə bilməyəcəyini düşünmək çox ağır idi. O ağrı ürəyimin başındadır. Orada bir ömür boyu sağalmayacaq yara buraxdı".