Bakıdakı brend mağaza yanır - fotolar

Bakıdakı brend mağaza yanır -  fotolar
4408 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakıda məşhur mağazalardan birində yanğın baş verib.

Axşam.az Musavat.com-a istinadən xəbər verir ki, Neftçilər prospekti, Yusif Məmmədəliyev küçəsində yerləşən “Dolce & Gabbana” mağazasında yanğın başlayıb. Yanğına səbəb kondisionerdə baş verən qısaqapanma olub.

Hadisə yerinə FHN-in yanğından mühafizə xidməti və polis əməkdaşları cəlb olunub.

Qeyd edək ki, mağazaya xeyli zərər dəyib. Həmçinin “Dolce & Gabbana” mağazasına bitişik obyektlərdə də evakuasiya işləri aparılır.