Goranboyda qeyri-adi yumurta

Goranboyda qeyri-adi yumurta
1628 dəfə oxunub
  • A-
  • A
  • A+

Goranboyda qara toyuğun qeyri-adi formada yumurtası görənləri təəccübləndirib. 
 
Axşam.az ARB 24-ə istinadən xəbər verir ki, rayon sakini Simuzər Süleymanovanın 5 ildir bəslədiyi qara rəngli toyuq fərqli görünüşdə yumurtlayıb. 60 yaşlı qadın ilk dəfədir təsərrüfatında belə hadisə baş verdiyini deyir. Onun sözlərinə görə, qumbara, armud və digər əşyaları xatırladan yumurtanın sarısı yoxdur:

"Hər il 300-ə yaxın toyuq saxlayıram. 60 yaşım var, amma hələ belə yumurtaya rast gəlməmişəm. Qonşuları çağırdım gəlib baxdılar. Hamısı gülüb dedi ki, armuda və qumbaraya oxşayır".
 
Təsərrüfat sahibi canlının hər hansı xəstəliyi olmadığını, ildə 30-dan artıq bala verdiyini deyir. O qədər də böyük ölçülü olmayan saplaqlı yumurta qonşuların diqqətini daha çox çəkib.

Mütəxəssislər isə canlının qeyri-adi formalı yumurta verməsini toyuğun orqanizmində baş verən çatışmazlıqla bağlı olduğunu bidirirlər.