Yeni mövsümdə yayımlanacaq yerli seriallar

Yeni mövsümdə yayımlanacaq yerli seriallar
6893 dəfə oxunub
  • A-
  • A
  • A+

Yeni televiziya mövsümündə bir çox verilişlərlə yanaşı seriallar da start götürəcək. Artıq bu mövsüm izləyəcəyimiz ekran işlərinin çəkilişləri başlayıb.

Axşam.az payızda efirə gedəcək yerli serialları təqdim edir:

“Ata ocağı” – “Xəzər” telekanalında yayımlanacaq serialda xalq artisti Həmidə Ömərova, aktrisa Asya Atakişiyeva, Şəhanə Yusifova rol alıblar. Ekran işi sentyabrdan efirə gedəcək.

“Lal yuxu” – “OksiMed” prodakşın tərəfindən çəkilən serialın maraqlı ssenarisi var. Rəqqasə Oksana Rəsulova prodüserlik etdiyi ekran işinin ssenarisini yuxuda gördüyünü deyib. “Lal yuxu”da rəqqasə özü, aktyorlar Təranə Əliyeva, Şəhriyar Əbilov, müğənni Emil Bədəlov rol alırlar.

“İmtahan” – serialı da yeni mövsümdə “Xəzər” telekanalında yayımlanacaq.

“Barama” – ATV-də efirə gedəcək serialda xalq artistləri Nürəddin Mehdixanlı və Həmidə Ömərova çəkilirlər.

“Ögey ana” – serialı da yeni mövsümdən ATV-də efirə gedəcək. Baş rollardan birini Kəmalə Müzəffərin canlandırdığı serial sentyabrın 11-dən başlayır.

“Hipokratın andı” - Komediya janrında olan serial ARB telekanalında yayımlanacaq.