Daha bir müğənni plastik əməliyyat etdirəcək

Daha bir müğənni plastik əməliyyat etdirəcək
2143 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Xatun da plastik əməliyyat etdirmək qərarına gəlib.

Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda “Telemaqazin” verilişinə açıqlamasında deyib. O, burnunda plastik dəyişiklik etdirmək istədiyini bildirib:

“Burnumda çox da böyük qüsur yoxdur. Hətta çoxları elə bilirlər ki, əməliyyat etdirmişəm. Amma bir peşəkar plastik cərrah dedi ki, bir az düzəlişə ehtiyac var. Həkim vəd edib ki, gözəl bir nəticə alacam. Çünki mən əməliyyatdan qorxuram. Şou-biznesdə çoxları var ki, əməliyyatları uğursuzdur. Çoxları Rəqsanəni deyir, onun bütün halı göz qabağındadır. Mənim üçün ən gözəl əməliyyat Aygün Kazımovanındır. Onun plastik əməliyyatları həmişə uğurlu alınır”.

Xatun son vaxtlar haqqında yayılan şayiələrə də son qoyub:

“Təbii yolla arıqlamağıma inanmırlar. Harada görürlərsə, başlayırlar ki, özünü yaxşı yığdırmısan. Elə bilirlər, plastik əməliyyatla arıqlamışam. Amma mənim o qədər pulum yoxdur ki, gedib bu cür əməliyyat etdirim. Qazandığım pullar geyimimə, kliplərimə, mahnılarıma güclə çatır. Mən kredit verim, evdə övladımı saxlayım, yoxsa əməliyyata pul töküm. İdmanla, pəhrizlə arıqlayıram”.