"Dünyadan bixəbər olan sirk meymunları..." - Xatun əsəbiləşdi

"Dünyadan bixəbər olan sirk meymunları..." -  Xatun əsəbiləşdi
3498 dəfə oxunub
  • A-
  • A
  • A+

“Özümü dərk edəndən bir onu bilirəm ki, yaxşılığı yalnız Allaha görə et. İnsanlar onsuz da nankordur”.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Xatun Əlioyeva deyib.

Sənətçi adını çəkmədiyi tanışlarına ismarış göndərib:

“Kimsə yaxşılıqdan könül rahatlığı tapır. Kimsə də pislikdən zövq alır. Yenə də İlahi ədalət hər kəsi layiq olduğu yerə gətirir. Allaha bəndəlik edin ki, çörək tapasınız. Sizə yaxşılıq edəni peşman etməyin ki, bütün günü “Niyə bəxtim yoxdur” deyib, narazıçılıq etməyəsiniz. Sözüm bəzilərinədir: bütün günü yalandan narazılıq edib, pulum yoxdur deyənlər, ağlayıb göz yaşını üstümüzə tökənlər, sonra gizlin-gizlin gedib borc tapıb maşın, telefon alır, istirahətə gedir. Ay insanlar, həkimin yazdığı dərmanları vaxtında qəbul edin ki, murdar xəstəliyinizi heç kimə yoluxdurmayasınız. Ay fani dünyadan bixəbər olan sirk meymunları... Sözüm ünvanlıdır”.