Yeni serial birinci bölümdən tənqid olundu - video+fotolar

Yeni serial birinci bölümdən tənqid olundu - video+fotolar
12733 dəfə oxunub
  • A-
  • A
  • A+

Evlilik verilişindən tanınan Solmaz, Kaan və Nurullahın çəkildiyi “Aşk-ı Roman” serialının ilk bölümü dünən TV8-də yayımlanıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iştirakçıların rol aldığı serial ssenari baxımından bir vaxtlar Alişan, Çağla Şikel, Müjdat Gezen, Özkan Uğur, Zeki Alasya kimi məşhurların çəkildiyi  “Cennet mahallesi”nə çox yaxındır.

Belə ki, həftə içi yayımlanacaq serialın mövzusu eyni məhəllədə yaşayan iki gəncin eşqidir.

Lakin “Aşk-ı Roman” yayımlanar-yayımlanmaz sosial mediada insanlar etirazlarını bildiriblər. Onlar rejissoru aktyor və aktrisalar qala-qala evlilik verilişinin iştirakçılarından serial çəkməyini heç cür qəbul etməyiblər.