Bu yol sabahdan bağlanır - sürücülərin nəzərinə

Bu yol sabahdan bağlanır - sürücülərin nəzərinə
1642 dəfə oxunub
  • A-
  • A
  • A+
Xırdalan-Mehdiabad-Balaxanı avtomobil yolunda aparılan təmir işləri ilə əlaqədar olaraq 23 avqust tarixindən etibarən sözügedən yolun Mehdiabad-Balaxanı hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq mədudlaşdırılacaq.
 
“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, məhdudlaşdırma yolun “Təmiz şəhər” ASC-nin qarşısından Mehdiabad qəsəbəsinədək olan 5.5 m-lik hissəsini əhatə edəcək.
 
Sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edir.