Bayram Kürdəxanılı öldü

Bayram Kürdəxanılı öldü
7745 dəfə oxunub
  • A-
  • A
  • A+
Meyxana aləmində Bayram Kürdəxanılı kimi tanınan meyxana ustası Bayramqulu Quliyevi avtomobil vuraraq öldürüb.

Axşam.az "Report"a istinadən xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində baş verib. Belə ki, toy mərasimindən evə qayıdan meyxana ustası qəsəbə ərazisində yolu keçərkən Emin Fərhadovun idarə etdiyi "Peugeot" markalı, 10-PS-782 dövlət seriya nişanlı avromobil onu vurub. Nəticədə meyxana ustası ağır xəsarət alıb.

Hadisəni törətmiş sürücü Bayram Kürdəxanılını 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Hadisəni törətmiş E. Fərhadov Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Meyxanaçının sənət yoldaşı və dostu, meyxana ustası Ağamirzə Məmmədov bildirib ki, Bayram Kürdəxanılı yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçərkən avtomobil tərəfindən vurulub.

Həkimlərin sözlərinə görə, Bayram Kürdəxanılı ağır kəllə-beyin travması və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.