Bayram Kürdəxanılının nəşi evinə gətirildi - fotolar

Bayram Kürdəxanılının nəşi evinə gətirildi -  fotolar
10258 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, meyxanaçı Bayram Kürdəxanılını maşın vurub.

Axşam.az-ın məlumatına görə, ağır kəllə-beyin travması və müxtəlif dərəcəli bədən xəsarətləri alan meyxanaçını sürücü 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Hazırda Bayramın nəşi Kürdəxanı kəndində yaşadığı evinə gətirilib. Yaxınları, sənət dostları onun mənzilinə toplaşıblar.

Meyxanaçı bu gün saat 14:00-da kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, meyxana ustası qəsəbə ərazisində yolu keçərkən Emin Fərhadovun idarə etdiyi "Peugeot" markalı, "10 PS 782" dövlət seriya nişanlı avromobil onu vurub.

Foto: Ramin ASLANOV