“Özünə bax”ın qalibinə neçə otaqlı ev veriləcək?

“Özünə bax”ın qalibinə neçə otaqlı ev veriləcək?
3827 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV telekanalında yayımlanan “Özünə bax” zövq yarışmasında ötən gün yaddaqalan anlar yaşanıb.

Axşam.az-ın məlumatına görə, yarışmada üç iştirakçı – Aygün, Müşərrəf və Gülnar yenidən münsif qarşısına çıxıb. Münsiflər kürsüsündə layihənin siması Ruhi Əliyeva, stilist Nasir Babayev, “Passage” dərgisinin rəhbəri Nərminə Ağasi və modelyer Afaq əyləşib.

İştirakçılardan Gülnar və Müşərrəfin geyimini bəyənməyən münsiflər onların üçüncü yarımfinala keçməsinə icazə verməyib. Yalnız Aygün müsbət rəy alıb. R. Əliyeva söz verdiyi kimi, qalibə bağışlanacaq evdən danışıb. O, mənzilin birotaqlı olduğunu bildirib.

Xatırladaq ki, Axşam.az saytının informasiya dəstəyi ilə “Özünə bax 2” həftəiçi hər gün saat 15:30-dan 17:00-a kimi ATV telekanalında canlı yayımlanır. Layihənin rəhbəri Ruhi Əliyeva, prodüseri Vüqar Şəfiyev, aparıcısı Rüfət Ağayev, redaktoru Nərgiz Əliyeva, rejissoru isə Qəmər Abbasovadır. Yarışmanın birincisinə ev, ikinciyə çox bahalı, zümrüd qaşlı dəst, üçüncüyə isə xarici ölkəyə səyahət hədiyyə ediləcək.

Foto: Rəşad ABBASOV