Prezidentin oğlu geyiminə görə tənqid olundu - foto

Prezidentin oğlu geyiminə görə tənqid olundu - foto
5409 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən gün ailəsi ilə məzuniyyətə çıxan ABŞ preizdneti Donald Trampın Melaniya Trampla evliliyindən olan 11 yaşlı oğlu Berron geyiminə görə tənqid olunub.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, mətbuatda prezidentin oğlunun qarderobu müzakirə obyektinə çevrilib. Jurnalist Sprinqer Berronun geyimlərinin kinoteatra gedərkən geyinildiyi kimi olduğunu deyib. Sosial şəbəkə istifadəçiləri jurnalisti dəstəkləyiblər. Lakin Bill və Hillari Klintonun qızı Çelsi Sprinqeri bu cür düşündüyünə görə tənbeh edib:

“Artıq KİV-in Berron Trampı rahat buraxmasının və ona öz normal uşaqlığını yaşamağa imkan verməsinin vaxtıdır”.