Üzeyir Hacıbəyliyə həsr olunan festival keçiriləcək

Üzeyir Hacıbəyliyə həsr olunan festival keçiriləcək
883 dəfə oxunub
  • A-
  • A
  • A+
Sentyabrın 18-dən 26-dək Üzeyir Hacıbəyliyə həsr olunan IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
 
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Axşam.az-a verilən məlumata görə, festival Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq.
 
2009-cu ildən ənənəvi olaraq təşkil olunan beynəlxalq tədbirdə Almaniya, Rusiya, Türkiyə, Gürcüstan, Fransa, Bolqarıstan, Ukrayna, İrandan tanınmış musiqiçilər və kollektivlər – Münhen Simfonik Orkestri, Novosibirsk Filarmonik Orkestri, Rusiya Fortepiano Triosu, Başkənd Akademik Orkestri, Gürcüstan xoru, Eliso Bolkvadze, Plamena Manqova, Aleksey Semenenko, Sergey Doqadin, Boris Andrianov, Filipp Kopaçevski, Ertu Korkmaz, Berdiya Kiyares və başqaları iştirak edəcək.