Aygün Kazımova: “Ayan tezliklə ana olacaq”

Aygün Kazımova: “Ayan tezliklə ana olacaq”
4958 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Aygün Kazımova gizlicə ailə quran və ana olmağa hazırlaşan gənc həmkarı Ayan Babakişiyevaya dəstək olub.

Axşam.az xəbər verir ki, bu barədə öz İnstaqram səhifəsində yazan A.Kazımova Ayanın xoşbəxtliyinə ləkə gətirmək istəyənlərə cavab verib:
 
“Ayanın gözəlliyini, dürüstlüyünü, istedadını, yeni və xoşbəxt evliliyini çəkə bilmirsinizsə, ey həşərat sülaləsi, gedin, dərd çəkin. Bəli, bütün subaylara qismət olsun. Sevir, sevilir, çox xoşbəxtdir. Tezliklə də ana olacaq. İnşaallah, sağ-salamat…”

Xatırladaq ki, ailəli olduğunu etiraf edən Ayan Babakişiyeva mərasimin mediadan gizli şəkildə baş tutduğunu açıqlayıb.