İsrailə getdi deyə tacı əlindən alındı

İsrailə getdi deyə tacı əlindən alındı
2279 dəfə oxunub
  • A-
  • A
  • A+
Livan gözəllik yarışmasının 2017-ci il qalibi Amanda Hannanın tacı əlindən alınıb.
 
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb modelin ötən il İsrailə getməsinin üzə çıxması olub. Livan vətəndaşlığından savayı, İsveç passportu da olan Amanda elmi konfransda iştirak etmək üçün İsrailə gedib. Lakin yarışmanın təşkilatçıları bunu öyrəndikdən bir həftə sonra İsrail ziyarəti ölkə qanunlarımıza ziddir” əsasını gətirərək Hannanı tituldan məhrum ediblər.
 
Qeyd edək ki, Livan 1955-ci ildən İsrailin bütün məhsul və xidmətlərinə qadağa tətbiq edib. Bundan başqa, İsrail vətəndaşlarının Livana və livanlıların İsrailə gedişinə icazə verilmir. İsrail vətəndaşları ilə əlaqə saxlayanlar belə həbs edilir.