“Yuğ” Qazaxıstanda çıxış edəcək

“Yuğ” Qazaxıstanda çıxış edəcək
662 dəfə oxunub
  • A-
  • A
  • A+

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı Ölkələrin Birinci Beynəlxalq Teatr Festivalı keçirilir.

Axşam.az xəbər verir ki, festival Qazaxıstanın xalq artisti Asanali Aşimovun 80 illik yubileyinə həsr olunub. Festivalda ölkəmizi “Yuğ” Dövlət Teatrının yaradıcı heyəti təmsil edir. Belə ki, yaradıcı heyət avqustun 26-da Mikayıl Mikayılovun quruluşunda hazırlanmış “Medeya. Sekvensiya 01” tamaşası ilə çıxış edəcək.

Qeyd edək ki, beynəlxalq tərkibli münsiflər heyətində Azərbaycanı sənətşünaslıq üzrə elmlər doktoru, professor İsrafil İsrafilov təmsil edir.