Rus məşhurlar Bakıda klipə çəkildi - video

Rus məşhurlar Bakıda klipə çəkildi -  video
1392 dəfə oxunub
  • A-
  • A
  • A+

“Bakıda qonaqpərvərlik və şəhərin əsrarəngiz gözəlliyi bizi heyran etdi. Burada nəsə etmək və bir iz qoymaq istədik”.

Axşam.az xəbər verir ki, bu sözləri Bakıda səfərdə olan rusiyalı DJ-lər Matuya və Roma deyiblər.

Onlar bildirib ki, yeni layihələrini məhz Bakıda gerçəkləşdirmək istəyiblər:

“Buranın yerli musiqi tarixiylə yaxından maraqlanmağa başladıq. Onun inanılmaz dərəcədə zəngin və fərqli olduğunu gördük. Layihəyə başlamaq fikrinə gəldik və köhnə, hamının rəğbətini qazanmış mahnıların yeni stildə, “cover” versiyasını yaradacağıq".

Mərhum Oqtay Ağayevin repertuarına müraciət edən diceylər layihəyə “Ötən günlər” mahnısıyla start verdiklərini deyiblər:

“Uzun müddət bu mahnı üçün ifaçı axtardıq və qərara gəldik ki, bu, gözəl ifası olan bakılı olmalıdır. Məşhur olmayan, lakin istedadlı Fuad Nəbiyev oldu”.

DJ-lər layihənin davamının olacağını və azərbaycanlı sənətçi ilə yeni ifalar səsləndirəcəklərini bildiriblər.