Bu klip izləmə rekordu qırır - video

Bu klip izləmə rekordu qırır - video
13818 dəfə oxunub
  • A-
  • A
  • A+

“Youtube” video portalına yüklənən kliplər arasında qısa müddətə yeni rekord vurulub.

Axşam.az-ın məlumatına görə, bu Puerto-Rikolu müğənni Luis Fonsinin “Despacito” mahnısına çəkdirdiyi klipdir.

Klip 8 aya 3 milyard 400 milyondan çox izlənilib, 20 milyondan çox "like" alıb.

Bundan başqa, qısa müddətdə izlənmə rekordu qıran klipə 1 milyon 200 mindən çox şərh yazılıb.

Qeyd edək ki, “Despacito” mahnısı koreyalı müğənni PSY-ın "Gangnam Style” mahnısının klipinin rekordunu təzələyib.

Belə ki, adı çəkilən klip 2012-ci ildə “Youtube”a yüklənib və bu günə qədər 2 milyard 900 milyon izlənilib.