Yaşasaydı, 82 yaşı olacaqdı

Yaşasaydı, 82 yaşı olacaqdı
1918 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün tanınmış teatr və kino aktyoru, xalq artisti Səyavuş Aslanın ad günüdür.

Axşam.az xəbər verir ki, “Şərəf” ordenli xalq artisti 1935-ci il sentyabrın 5-də Bakıda doğulub. Azərbaycanın realist aktyor məktəbinin görkəmli nümayəndələrindən olan S.Aslan uzun illər Musiqili Komediya Teatrında çalışıb. 1994-96-cı illərdə həmin teatrın rəhbəri olub.

O, televiziya tamaşalarında yüzdən artıq rol ifa edib, “Əhməd haradadır”, “Yol əhvalatı”, “Ulduz”, “Bəyin oğurlanması”, “Evlənmək istəyirəm”, “Yuxu” və s. kimi bir çox məşhur filmlərdə müxtəlif obrazlar yaradıb.

S.Aslan uzun sürən xəstəlikdən sonra 2013-cü ildə, 77 yaşında dünyasını dəyişib.