Azərbaycan bəstəkarlarının əsərləri Parisdə səsləndiriləcək

Azərbaycan bəstəkarlarının əsərləri Parisdə səsləndiriləcək
490 dəfə oxunub
  • A-
  • A
  • A+

Sentyabrın 19-da Azərbaycanın klassik musiqi ifaçısı, pianoçu Səidə Zülfüqarovanın Parisin 4-cü rayonunun Paul Rey Teatrında yeni mövsümdə ilk konserti olacaq.

Axşam.az AzərTac-a istindaən xəbər verir ki, konsertin proqramına L. Betxovenin “Appassionata” sonatası, Qara Qarayevin “İldırımlı Yollarla” baletindən “Ehtiraslı qızın rəqsi”, Cövdət Hacıyevin balladası, F.Şopenin 3-cü balladası, Fazil Sayın “Qara torpaq” əsəri daxildir.

Qeyd edək ki, Səidə Zülfüqarova Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsil alıb, piano müəllimi və konsertmeyster ixtisasına yiyələnib. Bir çox milli müsabiqələrin qalibi olan S.Zülfüqarova Parisin Sorbon Universitetində musiqişünaslıq üzrə ali təhsil və magistr dərəcəsi alıb.